Kyelliniyə əvəzləyici tapıldı
20.04.2022 - 12:00
Kyelliniyə əvəzləyici tapıldı

“Yuventus” yay transfer pəncərəsində yeni müdafiəçi alacaq.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi “Monako”nun üzvü Benua Badyaşili transfer etməyə qərar verib.

O, İtaliya klubunun əfsanəsinə çevrilən Corco Kyellinini əvəz etməlidir. 21 yaşlı fransalı digər klubların da hədəfindədir. “Nyukasl”la “Leypsiq” də Badyaşilin xidmətində maraqlıdır.

Qeyd edək ki, Benus 2016-cı ildən “Monako”nun formasını geyinir. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.