La Liqada irqçilik: “Real”ın futbolçusu təhqir olundu
15.03.2022 - 16:28
La Liqada irqçilik: “Real”ın futbolçusu təhqir olundu

“Real”ın futbolçusu Vinisius Junior irqçiliyə məruz qalıb.

Apasport.az saytının məlumatına görə, xoşagəlməz hadisə La Liqanın “Malyorka” ilə səfər görüşündə yaşanıb.

Braziliyalı yarımmüdafiəçi meydan sahiblərinin azarkeşləri tərəfindən təhqir olunub. Fanatlar “get bananları yığ” şüarı səsləndiriblər.

Bu, Vinisiusun üzləşdiyi ilk belə hadisə deyil. O, 2021-ci ilin oktyabrında “Barselona” ilə “Nou Kamp”dakı matçda da təhqir edilib.

Qeyd edək ki, “Real” “Malyorka”ya 3:0 hesabı ilə qalib gəlib.