La Liqada yeni rekord: “Qoça” əfsanəni arxada qaldı
08.12.2019 - 21:16
İspaniya La Liqasında yeni rekord qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, “Betis”in yarımmüdafiəçisi Xoakin Sançes het-trikə imza atan ən yaşlı futbolçu olub.
Ölkə çempionatları tarixinə düşən oyunçu 38 yaş 140 günlüyündə XVI turun “Atletik”lə oyununda (3:2) rəqib qapısından üç top keçirib. O, əfsanəvi Alfredo di Stefanonu arxada qoyub. “Real”ın sabiq ulduzu 1964-cü ildə 37 yaş 255 günlük olarkən het-trik etmişdi.
Qeyd edək ki, müqaviləsi 2020-ci ilin yayında başa çatacaq Xoakin “Betis”in öz yetirməsidir.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0