La Liqanın autsayderinin yeni baş məşqçisi müəyyənləşdi
04.11.2019 - 22:51
La Liqanın autsayderinin yeni baş məşqçisi müəyyənləşdi

İspaniya La Liqasının autsayderi “Leqanes”in yeni baş məşqçisi bəlli olub.

APA-nın məlumatına görə, komandaya meksikalı Xavyer Aqirre rəhbərlik edəcək.

60 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. O, istefaya göndərilən Maurisio Pelleqrinonu əvəzləyib. Şimalı amerikalı mütəxəssisin qarşısında 12 turdan sonra sonuncu – 20-ci yerdə qərarlaşan komandanı La Liqada saxlamaq vəzifəsi qoyulub.

Qeyd edək ki, X.Aqirre bunadək “Atletiko”, “Saraqosa”, “Espanyol”, həmçinin Meksika, Yaponiya və Misir yığmalarını çalışdırıb.