Laporta: “Haland çox bahadır”
27.04.2022 - 12:33
Laporta: “Haland çox bahadır”

“Barselona” Erlinq Halandı almayacaq.

Apasport.az saytının məlumatına görə, bunu klubun prezidenti Joan Laporta açıqlayıb.

İspaniya nəhənginin rəhbəri məktəblilərlə görüş keçirib. Uşaqlardan birinin norveçli ulduzun transfer olunması xahişini imtina ilə cavablandırıb: “Haland? Yox, o, çox bahadır”.

Qeyd edək ki, Dortmund “Borussiya”sının hücumçusunun adı Avropanın bir neçə nəhəngi ilə yanaşı hallanır.