Laportadan Messinin dönüşünə münasibət
29.03.2022 - 09:02
Laportadan Messinin dönüşünə münasibət

“Barselona” rəhbərliyi PSJ-nin hücumçusu Lionel Messidən qayıtmaq istədiyini bildirən mesaj almayıb.

Apasport.az saytının məlumatına görə, bunu Kataloniya klubunun prezidenti Joan Laporta deyib.

O bildirib ki, argentinalı superulduzun dönüşü müzakirə mövzusu deyil: “Leo və ya onun ətrafındakılardan bu istiqamətdə heç bir mesaj almamışam. Hazırda onun qayıtmasını düşünmürük. Biz işə başlayandan gənc komanda qururuq. Leo dünyanın ən yaxşı futbolçusudur. Lakin onun geri dönməsini düşünmürük”.

Qeyd edək ki, “Barselona” akademiyasının yetirməsi olan Lionel Messi 2004-cü ildən ötən ilin yayına qədər İspaniya klubunun əsas komandasında çıxış edib. 35 yaşlı forvard mövsümün əvvəlində PSJ ilə 2+1 illik müqavilə imzalayıb.
 

0