Levandovski “Bavariya”dan narazıdır
27.04.2022 - 13:12
Levandovski “Bavariya”dan narazıdır

“Bavariya”nın hücumçusu Robert Levandovski klub rəhbərliyinin onun haqqında səsləndirdiyi fikirlərdən narazıdır.

Apasport.az saytının məlumatına görə, polşalı forvard idman direktoru Hasan Salihamidziçin onu bu yay satmayacaqlarını söyləməsini düzgün hesab etmir.

33 yaşlı qolçu baş məşqçi Yulian Naqelsmannın oyun sistemindən razı qalmadığı üçün mövsümün sonunda komandadan ayrılmağı qərara alıb. Levandovski karyerasını “Barselona”da davam etdirmək niyyətindədir. Salihamidzicin bunun əksini bildirən sözləri isə onu qəzəblənib.

Qeyd edək ki, Robert Levandovski bu mövsüm 31 oyunda 33 qol vurub, 3 məhsuldar ötürmə verib.