Levandovski Madridə köçür
01.03.2022 - 12:41
Levandovski Madridə köçür

Polşa millisinin və “Bavariya”nın futbolçusu Robert Levandovski karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Almaniya klubunun hücumçusunu yayda satacağı gözlənilir.

Münhenlilər müqaviləsi 2023-cü ilin yayında başa çatacaq forvardın keçidindən pul qazanmaq istəyindədir. Robert və ailəsi İspaniyada yaşamaq istədiyindən “Atletiko”ya keçid daha real sayılır.

Madridlilər Luis Suaresi əvəzləyəcək forvard axtarışındadır.