Levandovskini “Bavariya”da kim əvəzləyəcək?
26.04.2022 - 14:52
Levandovskini “Bavariya”da kim əvəzləyəcək?

“Ayaks”ın futbolçusu Sebastyan Aller “Bavariya”nın maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, Almaniya klubunun nümayəndələri 27 yaşlı hücumçunun agentləri ilə danışıqlara başlayıb.

Aller yay transfer pəncərəsində Münhen təmsilçisini tərk edəcəyi gözlənilən Robert Levandovskini əvəzləməlidir. Fil Dişi Sahilindən olan forvardı transfer etmək üçün 40 milyon avro ödənilməlidir. Onun illik maaşı isə 9 milyon təşkil edəcək.

Qeyd edək ki, Sebastyan cari mövsüm “Ayaks”dakı 39 matçda 33 qol və 9 assistə imza atıb.