Liderə şərik çıxdı – Şahrudin Məhəmmədəliyev
05.09.2021 - 15:28
Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində ən çox seyv edən qapıçı adına şərik çıxıb.
Apasport.az saytının məlumatına görə, qolkiper İrlandiya ilə V turun matçından (1:1) sonra dəf etdiyi zərbələrin sayını 25-ə çatdırıb.
O, bununla da Cəbəllütariq yığmasının qapıçısı Deyl Koleinqə çatıb. 4 görüşdə 25 qurtarış edən Şahrudin orta hesabla hər matçda 6,25 dəfə komandanı xilas edib.
Qeyd edək ki, ilk “üçlüy”ü Elia Benedittini qapayır. San-marinolunun hesabında 22 seyv var.
0
0