Limit dəyişdirildi – Azərbaycan çempionatında
31.05.2021 - 19:03
Limit dəyişdirildi – Azərbaycan çempionatında

Azərbaycan çempionatının Birinci Divizionunda limit dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.

Qurum 2021/22 mövsümündən yeni limitin tətbiq edilməsinə qərar verib. Hər komandanın heyətində 5 nəfər təvəllüdü 2000-ci ilə qədər olan futbolçu meydanda olmalıdır. Digər 6 nəfər yaş məhdudiyyəti olmadan iştirak edəcək.

Yaş məhdudiyyəti tətbiq olunmayan 6 futbolçudan yalnız 2-si legioner ola bilər.