Linqarda İtaliyadan üç “elçi”
11.04.2022 - 22:06
Linqarda İtaliyadan üç “elçi”

“Mançester Yunayted”in futbolçusu Cessi Linqard karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi üç klubun maraq dairəsindədir.

“Yuventus”, “Milan” və “Roma” Cessini heyətinə qatmaq istəyir. Yayda müqaviləsi başa çatacaq futbolçu yeni klubuna azad agent kimi keçəcək. İtaliya klublarına qədər “Vest Hem” və “Nyukasl” da onu heyətinə qatmaq istəyirdi.

Qeyd edək ki, cari mövsümdə 18 oyuna çıxan Linqard 2 qol və 1 assistə imza atıb.