Liqa Kubokunun və Superkubokun ləğvini təklif etdi - klublar
12.10.2020 - 00:00
Liqa Kubokunun və Superkubokun ləğvini təklif etdi - klublar

“Liverpul” və “Mançester Yunayted” klubları İngiltərə Futbol Assosiasiyasına bəzi təkliflər edib.
 
Apasport.az saytının məlumatına görə, adıçəkilən komandalar bir neçə turnirin ləğvini istəyib.
 
Konkret olaraq Liqa Kuboku və İngiltərə Superkubokunun ləğvi, həmçinin Premyer Liqa klublarının sayının 20-dən 18-ə endirilməsi təklif olunub.
 
Bu vəziyyətdə iki komanda elitanı tərk edəcək, 16-cı yeri tutan isə Çempionşipdə 3, 4 və 5-ci yerlərin sahibləri ilə Premyer Liqada qalmaq uğrunda pley-off oynayacaq.
 
İngiltərə Futbol Assosiasiyası təkliflərlə bağlı hələlik konkret mövqe bildirməyib.

0