Liqa kubokunda uduzdu və iki futbolçusunu itirdi – “Qarabağ”ın rəqibi
16.08.2021 - 09:26
Konfrans Liqasında “Qarabağ”ın rəqibi olan Şotlandiyanın “Aberdin” klubu itkilərlə üzləşib.
Apasport.az saytının məlumatına görə, Liqa kubokunun “Rayt Reptors”la qarşılaşması iki futbolçunun zədələnməsi ilə başa çatıb.
1:2 hesabı ilə uduzan aberdinlilər Rayan Hedj və Conni Heysi də itirib. Hər iki futbolçu qarşılaşmanı yarımçıq bitirib.
Onların avqustun 19-da Bakıda keçiriləcək görüşdə iştirak etməyəcəyi gözlənilir. “Qarabağ”la görüşə qədər yeni transferin qeydiyyata alınmasına ümidi olmayan şotlandiyalılar pley-offun ilk görüşünü iki aparıcı üzvü olmadan keçirməlidir.
0
0