Liqa1-in ən yaxşısı seçildi
16.04.2022 - 11:48
Liqa1-in ən yaxşısı seçildi

Fransa Liqa1-də martın ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Renn”in hücumçusu Marten Terye bu ada layiq görülüb.

Azarkeşlər arasında aparılan sorğuda 35 faiz səs toplayan 25 yaşlı forvard hamını qabaqlayıb. “Monako”nun üzvü Vissam Ben Yedder 33 faiz səslə ikinci, “Marsel”in qolçusu Arkadiuş Milik isə 32 faiz səs toplayaraq üçüncü yeri tutub.

Qeyd edək ki, “Lill”in yetirməsi olan Martin Terye 2020-ci ildən “Renn”in formasını geyinir.