Lisenziya verilmədi – Premyer Liqa klubuna
13.05.2021 - 16:00
Lisenziya verilmədi – Premyer Liqa klubuna

Rusiya Futbol İttifaqı (RFİ) Premyer Liqa klubu “Tambov”a lisenziya verməyib.

Apasport.az saytının məlumatına görə, qurumun müraciət üçün kluba verdiyi müddət başa çatıb.

Tambov vilayətinin qubernatoru Aleksander Nikitin və yerli idman komitəsi komandanın gələn mövsüm ikinci liqada mübarizə aparmasını istəsə də, RFİ bunu rədd edib. Klub aşağı liqalarda iştirak üçün lisenziya müraciəti etmədiyindən, peşəkar status əlindən alınacaq.

Qeyd edək ki, Rusiya Premyer Liqasında mövsümün sonuna 1 tur qalıb. Sonuncu pillədə qərarlaşan “Tambov”un elitanı tərk edəcəyi çoxdan rəsmiləşib.

0