Lukakunun arzusu – Mayamini də xatırlayıram
24.06.2021 - 14:12
Lukakunun arzusu – Mayamini də xatırlayıram

Belçika millisinin və İtaliya “İnter”inin futbolçusu Romelu Lukaku gələcək karyerası barədə planlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, hücumçu MLS-də oynamaq arzusunu gizlətməyib.

Lukaku karyerasını Şimali Amerikada bitirmək istəyindədir: “Nyu-York və ya Los-Ancelesdə məskunlaşan komandalardan birində oynayardım. Hərçənd mən Mayamini də xatırlayıram”.

Qeyd edək ki, Lukaku ötən mövsüm “İnter”də 44 oyunda 30 qol vurub.