Lukas Podolski Türkiyəyə qayıtdı
19.01.2020 - 14:01
Lukas Podolski Türkiyəyə qayıtdı

Yaponiyanın "Vissel Kobe" klubunun hücumçusu Lukas Podolski karyerasını yenidən Türkiyədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin sabiq üzvü "Antalyaspor"la anlaşıb.

34 yaşlı forvard bu gün səhər saatlarında Türkiyəyə yollanıb. Antalya Hava Limanında böyük coşğu ilə qarşılanan Podolski gün ərzində yeni komandası ilə il yarımlıq müqavilə imzalayacaq.

Qeyd edək ki, Lukas Podolski 2015-2017-ci illərdə Türkiyədə "Qalatasaray"ın formasını geyinib.