Lüksemburq millisinin futbolçusuna Azərbaycandan təklif
14.03.2022 - 17:02
Lüksemburq millisinin futbolçusuna Azərbaycandan təklif

Lüksemburq millisinin futbolçusu Enes Mahmutoviç karyerasını Azərbaycanda davam etdirə bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “Lvov”un müdafiəçisi Premyer Liqa klubundan təklif alıb.

Mövsümün sonunda heyətində ciddi islahatlar aparmağı planlaşdıran “Sabah”, xüsusən də, müdafiənin mərkəzini yenidən qurmaq niyyətindədir. Baş məşqçi Murad Musayevin bu mövqe üçün maraq dairəsinə düşənlərdən biri də Mahmutoviçdir. Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlikdən yararlanmaq istəyən “Sabah” rəhbərliyi 25 yaşlı oyunçu ilə təmasa keçib.

Ucaboy müdafiəçinin Ukrayna klubu ilə müqavilə müddətinin mövsümün sonuna qədər olması bakılıları daha da ümidləndirir. “Sabah” lüksemburqlu futbolçu ilə maliyyə məsələlərində ortaq məxrəcə gələ bilsə, yayda onu azad agent kimi heyətinə qatacaq.

Qeyd edək ki, Enes Mahmutoviç “Lvov”a 2020-ci ildə “Midlsbro”dan keçib.