Niderlandın “Feyenoord” və İngiltərənin “Ridinq” klublarının sabiq baş məşqçisi Yap Stamın yeni iş yeri bəlli olub.
Apasport.az saytının məlumatına görə, 47 yaşlı mütəxəssis karyerasını MLS-də davam etdirəcək.
O, ABŞ-ın “Sinsinnati” klubunun baş məşqçisi təyin olunub. Mütəxəssislə klub arasında ilyarımlıq müqavilə razılaşdırılıb. Anlaşmanın şərtlərinə əsasən bu müddət daha bir il müddətinə uzadıla bilər.
Lakin tərəflər hələ rəsmi müqavilə imzalaya bilməyib. Buna koronavirus pandemiyası səbəb olub. Belə ki, indiki durumda ABŞ-a getmək çətindir.
Qeyd edək ki, MLS martın 12-də, iki turdan sonra koronavirusa görə dayandırılıb.