Maaşı kəsiləcək - Ançelottinin
29.06.2021 - 17:11
İspaniyanın “Real” klubunun baş məşqçisi Karlo Ançelottinin maaşı kəsiləcək.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İspaniya Kral Vergi Xidməti verib.
Qurum klub rəhbərliyi qarşısında tələb qaldırıb ki, məşqçinin ödənməmiş vergiləri saxlanılsın. Ançelotti 1 milyon 462 min 562 avro vergi ödəməlidir.
Bu məbləğ onun 2013-15-ci illərdə “Real”da çalışdığı vaxt yığılıb. Həmin vaxt qazancını düzgün göstərməyən mütəxəssisin yığılan borcu “Real”dakı maaşından çıxılacaq.
0
0