Madriddə Messiyə heykəl qoyulacaq
06.12.2019 - 16:54
İspaniya Futbol Federasiyası “Barselona”nın argentinalı hücumçusu Lionel Messinin şərəfinə abidə ucaldacaq.
Apasport.az saytının məlumatına görə, ona heykəl Madrid yaxınlığındakı Las-Rosas şəhərində qoyulacaq.
Bu, Alfredo Di Stefano, Pele və Dieqo Maradonanın heykəlləri ilə eyni sırada olacaq. Məsələyə yaxın müddətdə tam aydınlıq gələcəyi gözlənilir. Yeganə sual doğuran məqam abidənin Messi karyerasını başa vurduqdan sonra və ya indi hazırlanmasıdır.
Qeyd edək ki, Messi bu həftə 6-cı dəfə “Qızıl top”a yiyələnib.
0
0