Mahir Emreli ardıcıl ikinci matçda qol vurdu
15.04.2022 - 21:55
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunda növbəti qolunu vurub.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı forvard Xorvatiya çempionatının XXXI turunda “İstra 1961”lə görüşdə fərqlənib.
Meydana start heyətində daxil olan Emreli komandasının 3:0 hesablı qələbəsinə 50-ci dəqiqədə son nöqtəni qoymaqla töhfə verib. Forvard 72-ci dəqiqədə əvəzlənib.
Mahir ötən turda “Riyeka” ilə görüşdə “Dinamo”nun heyətində ilk qolunu vurmuşdu.
3:0 hesablı qələbədən sonra xallarının sayını 66-ya yüksəldən zaqreblilər liderliyini davam etdirib.
0
0