Mahir Emreli üçün yeni baş məşqçi
21.04.2022 - 16:43
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”sunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Xorvatiya klubunu Ante Çaçiç çalışdıracaq.
O, mövsümün sonunadək “Dinamo”nu çalışdıracaq. 69 yaşlı mütəxəssis istefa verən Jelko Kopiçi əvəzləyib.
Qeyd edək Ki, Emreli bu ilin əvvəlində “Dinamo”ya keçib.
0
0