Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Türkiyə klublarına keçməsi üçün son tarix bəllidir.
Apasport.az saytının məlumatına görə, qonşu ölkədə transfer pəncərəsi fevralın 8-də başa çatacaq.
Bu da o deməkdir ki, Super Liqa klubları 25 yaşlı hücumçunu həmin tarixədək heyətinə qatmalıdır. Bunun üçün onların 12 gün vaxtı var.
Qonşu ölkədə hələlik üç klubun adı Emreli ilə yanaşı hallanır. Bunlar “Qalatasaray”, “Başakşəhər” və “Sivasspor”dur
Sonuncu iki komanda forvardın müqavilə ilə məxsus olduğu Polşa “Legiya”sına təklif də göndərib. “Başakşəhər”in 750, “Sivasspor”un 400 min avroluq təklifi Varşava klubunu qane etməyib.
Qeyd edək ki, müqaviləsi 2024-cü ilin yayında başa çatacaq Mahir “Legiya”da qalmaq istəmir. Klub rəhbərliyi isə onu saxlamaq, mümkün olmasa isə azad agent kimi buraxmamaq və satışından qazanmağı planlaşdırır.