Mahir Emreli yenidən zədələndi
27.04.2022 - 15:55
Mahir Emreli yenidən zədələndi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən zədələnib.

Apasport.az saytının “sportske.jutarnji”yə istinadən məlumatına görə, 25 yaşlı futbolçu Zaqreb “Dinamo”sunun son matçında xəsarət alıb.

Xorvatiya çempionatının XXXII turunda “Qoritsa” ilə matçın 75-ci dəqiqəsində çiynindən zədələnərək sıradan çıxan forvard bir müddət komandadan ayrı qalacaq. Həmyerlimiz həm sabah Kiyev “Dinamo”su ilə yoldaşlıq görüşünü, həm də mayın 1-də “Lokomotiv”lə çempionat matçını buraxmalı olacaq.

Emrelinin zədəsi ciddi olmasa da, müayinəsinə artıq başlanılıb. Onun yaşıl meydanlara dönməsi bərpa prosesindən asılı olacaq.