Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya çempionatında növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı forvardın formasını geyindiyi Zaqreb “Dinamo”su HNL-in IX turundan təxirə salınmış matçda “Hayduk”un qonağı olub.
Son iki turda qollarını sıralayan Mahir Splitdəki derbidə də start heyətində meydana çıxıb. Lakin o, ənənəsini bu görüşdə davam etdirə bilməyib. “Hayduk”un 1:0 hesabı ilə qalib gəldiyi matçda 90 dəqiqə meydanda qalan Emreli komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Bu nəticədən sonra “Dinamo” 66 xalla liderliyini davam etdirsə də, mövqeyini riskə atıb. Artıq ən yaxın izləyicisi “Osiyek” zaqreblilərdən cəmi 2 xal geri qalır.