Mahir Emrelinin komandasından çempionluq yolunda növbəti qələbə
24.04.2022 - 23:01
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin komandası “Dinamo” Xorvatiya çempionatında növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Zaqreb təmsilçisi HNL-in XXXII turunda səfər matçına çıxıb.
“Qoritsa”nın qonağı olan “Dinamo” 1:0 hesablı qələbəyə sevinib. Qarşılaşmada yeganə qola 86-cı dəqiqədə Ariyan Ademi imza atıb. Start heyətində meydana daxil olan Emreli isə 75-ci dəqiqədə əvəzlənib.
Bu qələbə ilə xallarının sayını 69-a çatdıran “Dinamo” sona 4 tur qalmış liderliyini möhkəmlədib və çempionluğa bir addım da yaxınlaşıb.
0
0