Mahir Mehmana çatdı, Kintana Nadirovu keçdi
08.12.2019 - 15:24
Mahir Mehmana çatdı, Kintana Nadirovu keçdi

“Qarabağ”ın tarixinin ən yaxşı bombardirlərinin siyahısında dəyişikliklər olub. 

Apasport.az saytlnln məlumatına görə, Azərbaycan Premyer Liqasının XIV turunda “Keşlə” ilə görüşdə (2:2) qol vuran Mahir Emreli və Dani Kintana klub tarixinin ən məhsuldar 10 futbolçusunun sıralamasında mövqelərini dəyişib.

Mahir “Qarabağ”ın heyətində 45-ci qoluna imza atıb. O, bununla da 6-cı yerdə olan Mehman Alışanova çatıb.

Kintana isə 44-cü qolunu vuraraq, Vüqar Nadirovu keçib. İspaniyalı legionerlər arasında 3-cü, ümumi siyahıda 8-ci yerdədir.

1. Müşfiq Hüseynov - 159
2. Reynaldo Silva - 62
3. Samir Musayev - 58
4. Riçard Almeyda - 57
5. Yaşar Hüseynov - 53
6-7. Mehman Alışanov - 45
    Mahir Emreli - 45
8. Dani Kintana - 44
9. Vüqar Nadirov    - 43
10. Mahir Əliyev - 41