Mahmud Qurbanova 5 oyunluq cəza
04.12.2019 - 13:30
Mahmud Qurbanova 5 oyunluq cəza

Bakının “Neftçi” klubunun ikinci komandasının baş məşqçisi Mahmud Qurbanov cəzalandırılıb.

Apasport.az saytının məlumatına görə, “Professor” ləqəbli çalışdırıcı I divizionun “Kəpəz”lə oyunundakı hərəkətləri üzündən cəza alıb.

O, matçın 33-cü dəqiqəsində hakimə qarşı təhqiredici ifadələr işlədib. AFFA-nın İntizam Komitəsi məsələni araşdıraraq M.Qurbanovu 5 oyun cəzalandırıb. Bu, paytaxt təmsilçisinə  400 manat cərimə bahasına başa gəlib.

Məşqçiyə verilmiş 5 oyun cəzanın 3 matçı şərti cəza kimi tətbiq ediləcək. Ona üç ay sınaq müddəti verilib. Bu müddətdə məşqçinin yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.