Maksimin rekord yolu: 1-dən 113-ə - YALNIZ BİZDƏ
23.02.2022 - 15:32
Maksimin rekord yolu: 1-dən 113-ə - YALNIZ BİZDƏ

Sabah keçiriləcək “Qarabağ” – “Marsel” oyunu Maksim Medvedev üçün əlamətdar ola bilər.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçi Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşünə də çıxsa, avrokuboklarda ən çox oyun keçirən Azərbaycan futbolçusu olacaq.

Maksim indiyədək 113 avrokubok matçı keçirib. O, hazırda sabiq komanda yoldaşı Rəşad Sadıqovla şərikli rekordçudur. Onun növbəti qarşılaşması mütləq rekordla nəticələnəcək.

“Qarabağ”ın kapitanı avrokuboklarda yalnız bir klubda oynayıb və 3 qol vurub. O, üç müxtəlif turnirdə forma geyinib.

Maksimi rekorda aparan yol
2009/10 (Avropa Liqası) – 6
2010/11 (Avropa Liqası) – 7
2011/12 (Avropa Liqası) – 6
2013/14 (Avropa Liqası) – 8
2014/15 (Çempionlar Liqası) – 2
2014/15 (Avropa Liqası) – 7
2015/16 (Çempionlar Liqası) – 2
2015/16 (Avropa Liqası) – 6 
2016/17 (Çempionlar Liqası) – 4
2016/17 (Avropa Liqası) – 7
2017/18 (Çempionlar Liqası) – 12
2018/19 (Çempionlar Liqası) – 6
2018/19 (Avropa Liqası) – 8 (1)
2019/20 (Çempionlar Liqası) – 6
2019/20 (Avropa Liqası) – 8 (1)
2020/21 (Çempionlar Liqası) – 3
2020/21 (Avropa Liqası) – 3
2021/22  (Konfrans Liqası) – 12 (1)
Cəmi: 113 (3)
Çempionlar Liqası – 35
Avropa Liqası – 66 (2)
Konfrans Liqası – 12 (1)