Azərbaycan millisinin FİFA reytinqindəki mövqeyi dəyişəcək.
Apasport.az saytının məlumatına görə, yığmamızın bir pillə geriləcəyi dəqiqləşib.
Buna Afrika Millətlər Kubokunun arxada qalan görüşləri səbəb olub. 1/8 finala yüksələn Malavi yığması reytinqdə sıçrayışa imza atacaq.
Reytinq xalını 1145-ə çatdıran malavililər yeni cədvəldə 10 pillə irəliləyəcək. Dünyada 119-cu yerə yüksələn yığmanın arxada qoyacağı komandalardan biri Azərbaycan millisidir.
1139 xala malik yığmamız hazırda 120-cidir. Malavinin sıçrayışından sonra millimiz 121-ci sıraya düşəcək.
Qeyd edək ki, FİFA reytinqi fevralın 10-da açıqlanacaq.