Malta – Norveç oyununu Əliyar Ağayev idarə edəcək
15.11.2019 - 12:13
Malta – Norveç oyununu Əliyar Ağayev idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev beynəlxalq oyuna təyinat alıb.

APA-nın məlumatına görə, ədalət təmsilçisi AVRO-2020-nin seçmə mərhələsinin oyununda iş başında olacaq.

Ə.Ağayev noyabrın 18-də-də keçiriləcək Malta – Norveç oyununu idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, matç Ta Qalidəki Milli stadionda keçiriləcək.