Malta millisi Azərbaycan və Küveytə qarşı keçirəcəyi yoldaşlıq oyunu üçün heyətini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçisi Devis Manca 29 oyunçuya dəvət göndərib.
Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 11-i yarımmüdafiəçi, 6-cı isə hücumçudur.
Qapıçılar: Henri Bonelyo (“Hamrun”), Mettyu Kallexa Kremona (“Hibernians”), Cek Qalea (“Balzan”);
Müdafiəçilər: Andrey Aqius, Ferdinando Apap (hər ikisi “Hibernians”), Yan Borq, Triston Karuana (hər ikisi “Valletta”), Stiv Borq, Karl Mikallef (hər ikisi “Hamrun”), Ceyms Braun (“Sent-Conston”, Şotlandiya), Zaç Muskat (“Kasa Pia”, Portuqalita), Enriko Pepe (“Birkirkara”);
Yarımmüdafiəçilər: Kain Attard (“Birkirkara”), Rayan Kamenzuli, Adam Maqri Overend, Brendon Dieqo Payber (hamısı “Floriana”), Mettyu Gilyaumyer (“Siena”, İtaliya), Jozef Essyen Mbonq (“Hamrun”), Nikolay Muskat, Stiven Pisani, Nevin Portelli (hamısı “Qzira Yunayted”), Teddi Teuma (“Union”, Belçika), Danstan Vella (“Hibernians”);
Hücumçular: Yan Busuttil (“Floriana”), Yurgen Deqabriele, Cek Qrex (hər ikisi “Hibernians”), Pol Mbonq, Luk Montebello (hər ikisi “Birkirkara”), Aleksander Satariano (“Perqoletteze”, İtaliya).
Qeyd edək ki, martın 25-də keçiriləcək Malta - Azərbaycan matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq.