Mançesterdə rekord təkrarlandı
27.04.2022 - 09:21
Mançesterdə rekord təkrarlandı

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Mançester Siti” – “Real” oyunu meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, 7 qolun vurulduğu bu görüş məhsuldarlığı ilə turnirin tarixinə düşüb.

Mançesterdəki matç yarımfinal mərhələlərinin rekordunu təkrarlayıb. 7 qolun vurulduğu oyunlar bu raundun ən məhsuldar görüşlərdir.

Bunadək iki belə qarşılaşma olub. 1995-ci ildə “Ayaks” “Bavariya”nı 5:2 hesabı ilə məğlubiyyətə uğradıb. Bu nəticə 4 il öncə də təkrarlanıb. 2018-ci ildə “Liverpul” “Roma”nı eyni hesabla üstələyib.