Mancukiç rəsmən Qətər klubunda
24.12.2019 - 22:33
Mancukiç rəsmən Qətər klubunda

Xorvatiyalı futbolçu Mario Mancukiçin transferi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, hücumçu İtaliya “Yuventus”undan Qətərin “Əl-Duhail” klubuna keçib.

O, artıq yeni komandası ilə müqavilə imzalayıb. Lakin nə müqavilənin müddəti, nə də digər detalları açıqlanmır.

Hərçənd KİV-in iddiasına əsasən Turin klubu 33 yaşlı futbolçunun transferindən 5,5 milyon avroya yaxın qazandığını iddia edir.

Qeyd edək ki, M.Mancukiç cari mövsümün “Yuventus”un heyətində heç bir oyuna çıxmayıb.