Mandzukiç "Yuventus"u "Mançester Yunayted"ə dəyişir
15.11.2019 - 16:46
Mandzukiç "Yuventus"u "Mançester Yunayted"ə dəyişir

"Yuventus"un forvardı Mario Mandzukiç qış fasiləsində İngiltərəyə köçməyə hazırlaşır. 

Apasport.az saytının məlumatına görə, İngiltərə Premyer Liqasında 12 turdan sonra 7-ci yerdə qərarlaşan "Mançester Yunayted" xorvatiyalı forvardın transferi üçün hərəkətə keçib.

Transfer çalışmalarına başlayan "qırmızı şeytanlar" hücum xəttindəki aşağı məhsuldarlığı 33 yaşlı forvardın sayəsində yoluna qoymağı düşünür. Romelu Lukaku və Aleksis Sançezin gedişindən sonra sıxıntı yaşayan baş məşqçi Ole Qunnar Sulşerin əsas namizədi məhz Mandzukiçdir. "Yuventus"da işləri yolunda getməyən Mario da bu təklifə müsbət yanaşır. İtaliya mediası  "Yuventus"un direktoru Fabio Paratiçinin bu məqsədlə Londona getdiyini və "Mançester Yunayted" rəsmiləri ilə görüşdüyünü iddia edib.