Karyerasını yenicə başa vuran "Sabah"ın hücumçusu Marko Deviç yeni sahədə ilk addımlarını Azərbaycanda ata bilər.
Apasport.az saytının məlumatına görə, Ukrayna millisinin sabiq forvardı "Sabah" rəhbərliyindən təklif alıb.
37 yaşlı futbolçu bundan sonra məşqçilik, yoxsa menecerlik fəaliyyəti göstərəcəyini hələ dəqiqləşdirməyib. Ancaq zəngin karyerasını nəzərə alan paytaxt təmsilçisi onun təcrübəsindən yararlanmaqda maraqlıdır. Bakılılar Deviçin köməkçi-məşqçi və ya menecer kimi təyinatını planlaşdırır. Bununla bağlı Serbiya əsilli veteran hücumçu ilə söhbət də olub. Ancaq Deviç hələ ki, yekun qərarını verməyib.
Qeyd edək ki, Marko Deviç 2018-19 mövsümündə və cari mövsümün ikinci yarısında "Sabah"ın formasını geyinib.