Marselo Byelsaya Türkiyədən təklif
28.02.2022 - 23:14
Marselo Byelsaya Türkiyədən təklif

“Lids”dən yenicə istefaya göndərilən Marselo Byelsa işsiz qalmayacaq.

Apasport.az saytı xəbər verir ki, argentinalı mütəxəssis artıq bir neçə təklif alıb.

67 yaşlı çalışdırıcının xidmətində maraqlı olan klublardan biri də “Fənərbaxça”dır. İstanbul nəhənginin prezidenti Ali Koç təcrübəli çalışdırıcını gələn mövsümdən komandanın sükanı arxasına gətirməkdə israrlıdır. Klub rəhbəri həftə ərzində Byelsa ilə görüşməyi planlaşdırır.

Qeyd edək ki, “Fənərbaxça”da baş məşqçi postuna digər namizədlər Yoahim Löv və Xorxe Xesusdur.