Marsial “Sevilya”nı tərk edəcək
14.04.2022 - 23:19
Marsial “Sevilya”nı tərk edəcək

Antoni Marsialın “Sevilya” karyerasına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, fransalı hücumçu mövsümün sonunda icarədə olduğu klubu tərk edəcək.

O, yayda məxsus olduğu “Mançester Yunayted”in düşərgəsinə qayıdacaq. “Sevilya” ilə icarə müqaviləsi uzadılmayacaq. Lakin Marsialın başqa kluba transferi istisna deyil.

Qeyd edək ki, fransalı cari mövsümün 10 oyununda 1 qol vurub.