Argentina millisinin sabiq futbolçusu Xavyer Maskeranonun yeni klubu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “Liverpul” və “Barselona”dakı çıxışları ilə tanınan 35 yaşlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.
“Estudiantes” klubunun prezidenti Xuan Sebastyan Veronla futbolçu arasında danışıqlar müsbət yekunlaşıb. X.Maskerononun keçidi yaxın günlərdə rəsmiləşəcək.
Bununla da futbolçu 14 ildən sonra yenidən Argentina çempionatına qayıdacaq. 2003-05-ci illərdə oynadığı “River Pleyt”dən Braziliya “Korintians”ına keçən yarımmüdafiəçi Avropa karyerasına 2006-cı ildə “Vest Hem”də başlayıb.
Qeyd edək ki, yarımmüdafiəçi 2018-ci ildən Çinin “Hebey Çayna Forçun” klubunda çıxış edir.