Mbappe qəzaya düşdü
22.01.2022 - 12:46
Mbappe qəzaya düşdü

PSJ-nin hücumçusu Kilian Mbappenin kiçik qardaşı Ethan Mbappe avtomobil qəzasına düşüb.

Apasport.az saytının məlumatına görə, hadisə dünən günorta saatlarında Paris klubunun məşq mərkəzinə yaxın ərazidə baş verib.

15 yaşlı Ethan və sürücüsünün olduğu “Range Rover 4x4” markalı avtomobil sərxoş şəxsin idarə etdiyi “Audi” ilə toqquşaraq aşıb. Kilianın qardaşı və sürücü müayinə üçün xəstəxanaya gedib. Fransanın U-16 millisinin üzvünün ciddi xəsarət almadığı bildirilib.

Qeyd edək ki, Ethan Mbappe ötən ilin iyununda PSJ ilə 3 illik müqavilə imzalayıb.