Mbappe qiymət oxudu, “Real” imtina etdi
22.04.2022 - 14:46
Kilian Mbappe və “Real” arasında danışıqlarda çətinlik yaranıb.
Apasport.az saytının məlumatına görə, bu, maliyyə məsələləri ilə bağlıdır.
Buna 23 yaşlı hücumçunun tələbi səbəb olub. Kilian öncədən razılaşdığı məbləğin daha 100 milyon avro artırılması şərtini irəli sürüb. Madrid klubu onunla razılaşmaqdan imtina edib.
Hadisələrin belə axarı PSJ-nin işinə yaraya bilər. Hücumçunu saxlamaq istəyən Fransa təmsilçisi onu anlaşmanı uzatmağa razı salmaq imkanı qazanıb.
Qeyd edək ki, Mbappe Paris klubundakı 5 mövsüm ərzində 113 qola imza atıb.
0
0