Mbappeyə yeni təklif: İldə 30 milyon avro
22.11.2019 - 17:29
Fransanin PSJ klubu futbolçusu Killian Mbappe ilə danışıqlara başlayıb.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi gənc hücumçu ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.
Parislilər 20 yaşlı istedada 5 illik müqavilə təklif edib. Anlaşmaya əsasən, K.Mbappe ildə bonuslarsız 30 milyon avro qazanacaq.
Qeyd edək ki, hücumçu cari mövsüm PSJ-də keçirdiyi 11 matçda 9 qol vurub.
0
0