Mbappeyə yeni təklif: İldə 32 milyon avro
27.12.2019 - 09:50
Mbappeyə yeni təklif: İldə 32 milyon avro

Fransanın PSJ klubu futbolçusu Killian Mbappeyə yeni müqavilə təklif edib.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi 21 yaşlı hücumçu ilə 5 illik anlaşma imzalamaq istəyir.

Təklifə əsasən Fransa millisinin forvardı ildə 32 milyon avro qazanacaq. K.Mbappenin indiki müqaviləsi 2022-ci ilin iyununda başa çatacaq.

Qeyd edək ki, İspaniyanın “Real” klubu da K.Mbappeni heyətinə qatmaq istəyir.