Mertens “Napoli”də qalır
28.04.2022 - 00:01
“Napoli” futbolçusu Dris Mertenslə danışıqlara başlayıb.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu hücumçusu ilə müqaviləni uzatmaq niyyətindədir.
34 yaşlı belçikalının anlaşması bu ilin sonunda başa çatacaq. O, karyerasını Neapol təmsilçisində başa vurmaq arzusundadır və bunun üçün maaşının azaldılmasına da razıdır.
Yeni anlaşma bir illik olacaq. Hazırda ilə 4,5 milyon avro qazanan futbolçu 1,5 milyonla kifayətlənəcək.
Qeyd edək ki, 2013-cü ildən “Napoli”də çıxış edən Mertens cari mövsümün 33 matçında 11 qol vurub.
0
0