Messi Avropanı tərk edə bilər
20.04.2022 - 21:14
PSJ-nin hücumçusu Lionel Messi gələn il Avropanı tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı forvard Paris klubu ilə müqaviləsi bitdikdən sonra komandasını dəyişməyi düşünür.
O, daha bir il Avropada qalmaq, yoxsa karyerasını ABŞ və ya Argentinada davam etdirmək məsələsini ailəsi ilə müzakirə edəcək. Fransa klubu Leonun çıxışından məmnun qaldığından, superulduz sözləşmənin sonuna qədər komandada qalacaq.
Qeyd edək ki, Lionel Messi bu mövsüm Liqa1-də 21 oyuna çıxıb, 3 qol, 13 assistlə yadda qalıb.
0
0