Messi 300 milyona çatdı
27.01.2022 - 00:08
Lionel Messinin instaqramdakı izləyici sayı 300 milyona çatıb.
Apasport.az saytının məlumatına görə, bunu Argentina millisinin və PSJ-nin hücumçusunun özü açıqlayıb.
O, instaqram paylaşımında bu rəqəmə çatdığını bəyan edib: “Biz artıq 300 milyonluq. Həmişə dəstəyinizə görə minnətdaram, bağrıma basıram”.
Qeyd edək ki, rekordçu olan Kriştiano Ronaldonun 395 milyon izləyicisi var.
0
0