Messi zədələndi
19.04.2022 - 16:03
Messi zədələndi

Lionel Messsi PSJ-nin “Anje” ilə oyununu buraxacaq.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu zədə üzündən Liqa1-in görüşündə meydana çıxa bilməyəcək.

35 yaşlı futbolçunun sol ayağında tendenit aşkarlanıb. Onun durumuna iki gündən sonra tam aydınlıq gəlməlidir.

Messi PSJ-nin “Anje” ilə qarşılaşmadakı yeganə itkisi deyil. Marko Verratti, Presnel Kimpembe, Leandro Paredes, Yulian Draksler, Ander Errera, Leven Kurzava və Abdu Diallo da qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, “Anje” – PSJ matçı sabah keçiriləcək.