“Bu gün deyə bilmərəm ki, Ronaldo qədər yaxşıyam. Ona görə ki, Ronaldo nə qədər “Qızıl top” qazanıb?”.
Apasport.az saytının məlumatına görə, bunu “Adana Dəmirspor”un futbolçusu Mario Balotelli deyib.
İtaliyalı hücumçu özünü Lionel Messi və Kriştiano Ronaldo ilə müqayisə edib. O, superulduzlardan zəif olmadığı qənaətindədir: “Siz özünüzü Messi və Ronaldo ilə müqayisə edə bilməzsiz. Heç kim edə bilməz. Amma əgər ancaq oyun keyfiyyətlərindən danışırıqsa, heç nədə onlardan geri qalmıram. Karyeramda bir neçə imkanı qaçırdım. Amma 100 faiz əminəm ki, mənim keyfiyyətlərim Messi və Ronaldo ilə eyni səviyyədədir. Başa düşürsüz ki, mən imkanları qaçırmışam? Belə şeylər olur”.